"Liverpul"un hücumçusu Məhəmməd Salah cari mövsümün sonunda "qırmızılar"ın baş məşqçi postunu tərk edəcək Yürgen Kloppdan danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:
"Klopp məni futbolçu kimi püxtələşdirib. Biz həmişə bir-birimizə kömək edir, yaxşı nəticələr naminə bacardığımızı əsirgəmirik. Mənim hansısa problemim olubsa, həmişə ona zəng vuraraq fikrini öyrənmişəm. Biz Kloppla hər zaman əlaqədə olacağıq".
Xatırladaq ki, daha öncə Kloppu "Feyenoord"un baş məşqçisi Arne Slotun əvəzləyəcəyi dəqiqləşib. O, mersisaydlılarla müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Nihat