Məşhur alman futbolçu Karl-Haynts Şnellinqer 85 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı əfsanəvi futbolçunun ailəsindən "Bild" nəşrinə təsdiqləyiblər.
Şnellinqer 2024-cü il ötən axşam Milanda San Raffaele Xəstəxanasında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sol cinah müdafiəçisi peşəkar karyerasına 1962-ci ildə Almaniya çempionu olduğu "Köln"də başlayıb. O, daha sonra İtaliya nəhəngləri “Roma” və “Milan”da çıxış edib. Sonuncularla demək olar, bütün əsas titulları qazanıb: Skudetto, İtaliya Kuboku (üç dəfə), UEFA Çempionlar Kuboku və UEFA Kuboklar Kubokunun (iki dəfə). Buna görə də İtaliyada da onu əfsanə kimi qəbul edib, etibarlılığına görə "Volksvagen" adlandırırdılar.
Onu da əlavə edək ki, Karl-Haynts Şnellinqer Almaniya millisinin heyətində iki dəfə DÇ-nin medalçısı olub. O, 47 oyun keçirib 1 qol vurduğu Almaniya yığmasının heyətində 1966-cı ildə gümüş, 1970-ci ildə bürünc medal qazanıb.