İngiltərə Premyer Liqasında mövsümün ən sürətli qoluna görə mükafatı "Aston Villa"nın yarımmüdafiəçisi Mussa Diabi qazanıb.
Fanat.Az xəbər verir ki, Fransa millisinin 24 yaşlı futbolçusunun “Vulverhempton”la qarşılaşmada vurduğu qol fərqləndirilib.
Diabinin zərbəsindən sonra topun sürəti 109,84 km/saata çatıb.
Diabi "Kristal Pelas"ın hücumçusu Ebereçi Eze ("Aston Villa" ilə matç - 104,62 km/saat), "Vest Hem"in yarımmüdafiəçisi Ceyms Uord-Prauz ("Vulverhempton" - 102,92 km/saat) və "Çelsi"nin hücumçusu David Datro Fofana ("Vest hem" - 102,78 km/saat) və "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makalisteri ("Şeffild Yunayted" - 102,53 km/saat) qabaqlayıb.