Tanınmış mütəxəssis Klaudio Ranyeri peşəkar karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Canluka Di Martsio yayıb.
Ranyerinin son iş yeri 2022-ci ildən çalışdırdığı “Kalyari” olub. Sözügedən komanda cari mövsüm İtaliya A Seriyasında 15-ci olub.
Xatırladaq ki, Ranyeri “Lester”ə 2015/2016 mövsümündə İngiltərə çempionluğu qazandırıb. O, “Fiorentina”nın "sükanı arxası"nda İtaliya Kubokuna (1995/1996) və İtaliya Superkubokuna (1996/1997) sahib çıxıb. 72 yaşlı məşqçi “Valensiya”nı çalışdırarkən İspaniya Kubokunu (1998/1999), İntertoto Kubokunu (1998) və UEFA Superkubokunu (2004) başı üzərinə qaldırıb.