"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Atalanta" ilə keçiriləcək Avropa Liqasının final oyunu fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın saytı ispan mütəxəssisin dediklərini belə çatdırıb:
“Bütün diqqətimizi oyuna yönəltmişdik və heç nəyi dəyişmədik. 51 məğlubiyyətsiz oyun keçirmişik və çox gözəldir ki, futbolçular müxtəlif situasiyalarda nə etməli olduqlarını yaxşı başa düşürlər. İndi bizim vəzifəmiz qarşıdakı iki görüşdə qələbə qazanmaqdır.
Ötən mövsüm yarımfinalda uduzmaq böyük motivasiya oldu. Finala çox yaxın idik. Bu məyusluqdan öz xeyrimizə istifadə etdik. Finala statistikanı saymaq üçün yox, qalib gəlmək üçün çıxırıq. Son təkanı etməyə çalışacağıq.
Mənə "Bayer"də iş təklif olunanda çox gənc mütəxəssis idim və qərara gəldim: "Baxıb görək necə alınır". Cəmi ilyarım keçib, çox yaxşı qərarlar qəbul etmişik. Bütün bu müddət ərzində biz fantastik xarakter nümayiş etdirdik. Özünəinamımız bizi irəli aparmağa davam edir. Bilirik ki, son dəqiqəyə qədər qol vura bilərik. Mövsümün əvvəlindən biz özümüzə inandıq və bu, uğurumuzun əsasıdır”.
Qeyd edək ki, "Atalanta" - "Bayer Leverkuzen" oyunu bu gün - mayın 22-də keçiriləcək.