"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin gələcəyinin necə olacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
38 yaşlı xorvatın "Kral klubu" ilə birmövsümlük müqavilənin şərtlərini razılaşdırdığı bildirilib.
Modriç 2012-ci ilin yayından "Real"ın uğurları üçün çalışır. Cari mövsüm İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 44 oyuna çıxan təcrübəli oyunçu 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir.
Nihat