Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” Xorvatiya Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi həlledici oyunda “Riyeka”nı məğlub edib – 3:1.
Emreli final matçının iştirakçıxı olmayıb. Onun adı ümumiyyətlə oyunun protokoluna salınmayıb.
Qeyd edək ki, “Dinamo” mövsümü 2 titulla başa vurub. Sözügedən komanda bir müddət əvvəl Xorvatiya çempionluğunu rəsmiləşdirmişdi.