"Bolonya" klubunun baş məşqçisi Tyaqo Motta gələn mövsümdən etibarən "Yuventus"u çalışdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, yeni müqavilə üç il müddətinə, 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Motta mövsümə 5 milyon avro qazanacaq.
Xatırladaq ki, bu mövsüm "Bolonya"nı çalışdıran Tyaqo Motta A Seriyasının turnir cədvəlində 3-cü yeri tutaraq, komandasını sürpriz şəkildə Çempionlar Liqasına çıxarıb, "Yuventus" isə dördüncü yeri tutub.