"Barselona"nın hücumçusu Robert Levandovski Kilian Mbappenin "Real Madrid"ə keçməsi haqda danışıb.
Fanat.Az xəbər verir ki, polşalı ulduz bu barədə "Marca"-ya belə deyib:
“Mən Mbappenin gəlişindən qorxuram? Əlbəttə ki, yox. O, inanılmaz futbolçudur və "Real Madrid"i çox gücləndirəcək. Amma mentalitetimiz elə olmalıdır ki, rəqib oyunçuların gücündən asılı olmayaraq, onları məğlub etmək üçün birlikdə çalışmalıyıq. İlk oyundan buna hazır olmalıyıq. Çünki fikrimcə, onun "Real"a uyğunlaşdırması vaxt aparacaq. Onlar yaxşı başlanğıc etməyə bilərlər, yəqin startda xal itirəcəklər və biz bundan yararlanmalıyıq. Onlara yetişmək üçün deyil, cədvəldə onları ötmək üçün”.
Qeyd edək ki, "Real Madrid"in mövsümü 1-ci, "Barselona"nın 2-ci yerdə başa vuracağı bilinir.