Bu yay klubu tərk edəcək Aaron Ramsdeylin əvəzinə yeni qapıçı axtarışında olan London "Arsenal"ının əsas namizədi bilinib.
Fanat.Az "Mirror"-a istinadən xəbər verir ki, "topçular" "Feyenoord"un çərçivə qoruyucusu Castin Beylonu gözaltı edib.
Keçən yay niderlandlı ilə “Mançester Yunayted” maraqlansa da, "Feyenoord"un tələb etdiyi 22 milyon funt-sterlinq İngiltərə klubunu qane etməmişdi. Ancaq Beyllo indi təxminən 10 milyon funta satıla bilər, çünki onun müqaviləsinin bitməsinə iki il qalıb. Üstəlik, qapıçının mikro zədələri var.
Onu da əlavə edək ki, Castin Beylo bu mövsüm 24 oyun keçirib, bu matçların 9-da qapısını toxunulmaz saxlayıb.