Avropa çempionu Corco Kyellini "Yuventus"a qayıdır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, Turin təmsilçisində texniki vəzifələrdən birini tutacaq.
39 yaşlı sabiq müdafiəçi klubun əsas komandası ilə də sıx əməkdaşlıq edəcək.
Kyellini 2005-2022-ci illər aralığında "Yuventus"un uğurları üçün çalışıb. Daha sonra ABŞ təmsilçisi "Los-Anceles"də forma geyinən Corco hazırda bu komandanın məşqçilər korpusunda yer alıb.