"Çelsi"nin sabiq futbolçusu Con Terri komandanın baş məşqçisi Maurisio Poçettinonun postundan göndərilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Football.London" onun dediklərini belə çatdırıb:
"Maurisio Poçettino, Xesus Peres və Sebastyan Poçettinonun (məşqçilər korpusunun üzvləri - red.) getməsi məni şoka saldı. Ümid edirəm ki, yeni mütəxəssis tapana qədər heç bir oyunçu ilə müqavilə imzalamayacağıq və heç kimi satmayacağıq".
Xatırladaq ki, "Çelsi" Poçettino ilə yolları ayırdığını mayın 21-də açıqlayıb.
Nihat