Hücumçu Olivye Jiru 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının Fransa forması ilə çıxış edəcəyi sonuncu turnir olacağını bildirib.
Fanat.Az xəbər verir ki, "Lequipe" 37 yaşlı forvardın bu barədə qısa açıqlamasını təqdim edib:
"Yolumu gənc oyunçulara vermək vaxtıdır. Almaniyadakı qitə çempionatı millidə son turnirim olacaq".
Jiru 2011-ci ilin noyabrında Fransa millisində debüt edib. O, komandanın heyətində 131 oyun keçirib və 57 qol vurub. O, yığmada dünya çempionu (2018) və Millətlər Liqasının qalibi (2021) olub.
Jiru son 3 mövsümdə "Milan"da çıxış edib. Bu yay forvard "Los-Anceles"in futbolçusu olacaq. Bundan əvvəl Jiru "Çelsi", "Arsenal", "Monpelye" və digər klublarda çıxış edib.
Mirağa