İtaliya A Seriyasında may ayının ən yaxşı məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperinidir.
Berqamo təmsilçisi may ayında çıxdığı 3 çempionat oyununun hamısında qələbə qazanıb.
A Seriyasının yekunlaşmasına 1 tur qalmış 66 xalı olan "Atalanta" 5-ci sırada mövqe tutub.
Xatırladaq ki, "Atalanta" Avropa Liqasının mayın 22-də keçirilən finalında "Bayer Leverkuzen"i 3:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə çempion olub.