"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının finalından - iyunun 1-də "Uembli"də Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, AS italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Bu həftədən zövq almaq lazımdır. Çətinliklər, rəqib... Biz 5-ci günə qədər zövq alacağıq. Finala çıxmaq həmişə uğurdur. Həlledici oyun başlayana qədər bu uğurun həzzini yaşayacağıq. İnamımız böyükdür.
Finalların fərqi? Köklənmə eyni qaydadadır. Adam özünü mövsümün ən önəmli matçının əsas qəhrəmanı sayır. Bu, mənim doqquzuncu finalımdır. Bunlardan üçünə futbolçu, altısına isə məşqçi kimi çıxmışam.
Əlbəttə, qorxu gələcək, amma nə qədər ki, gəlməyib zövq almağa çalışacam. Soyuq tər çərşənbə günü olacaq. Bu, tam normaldır. Soyuq hər oyunda olur və mənim bu yöndə təcrübəm var. Komandama çox güvənirəm. Onlar çempion ritmindədirlər. Özümə də çox inanıram".
Qeyd edək ki, finalın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat