"Bayern Münhen"in yarımmüdafiəçisi Coşua Kimmix "Barselona"nın təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçu ilə əlaqə qursa da, danışıqlar dalana dirənib. Problem maddiyatla bağlı olub. Kimmix Münhen klubunda təxminən 19,5 milyon avro qazanır, lakin kataloniyalılar bu qədər pul ödəyə bilməyəcəyini bildiriblər.
Baxmayaraq ki, həm Xavi, həm də onu əvəz edəcək Hans-Diter Flik də almaniyalını "Barselona"da görmək istəyirdi.
Coşua Kimmix ötən mövsüm 28 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
Mirağa