"İpsviç"in baş məşqçisi Kiran Makkenanın növbəti mövsümə harada başlayacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Xəbərə görə, "Mançester Yunayted", "Çelsi" və "Brayton"un maraqlandığı şimali irlandiyalı mütəxəssis iş yerini dəyişmək niyyətində deyil. Mənbə cari mövsümün yekunlarına əsasən Çempionşipdə 2-ci yeri tutaraq elitaya vəsiqə qazanan komandanın çalışdırıcısının klubu ilə müqavilə yeniləməyə hazırlaşdığını bildirib.
Qeyd edək ki, Makkena 2021-ci ilin dekabrından indiki postundadır.
Nihat