Yunanıstanın "Panatinaikos" klubu Moskva "Lokomotiv"inin müdafiəçisi Tin Yedvayı alıb.
Fanat.Az xəbər verir ki, məlumatı Afina təmsilçisinin rəsmi saytı yayıb.
"Lokomotiv" Yedvayı 2021-ci ilin iyul ayında, 4 milyon avro qarşılığında "Bayer Leverkuzen"dən transfer etmişdi. Sözügedən futbolçu ötən ilin yayından icarə əsasında "Panatinaikos"un formasını geyinirdi.
Xatırladaq ki, "Lokomotiv" 2023/2024 mövsümündə Rusiya Premyer Liqasında 4-cü yeri tutub.
Nihat