Bu gün UEFA Çempionlar Liqasının final matçı keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada İspaniyanın “Real Madrid” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib.
Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Bu, Çempionlar Liqası tarixində 69-cu final olub. Turnirin ən titullu klubu “Real” ikinci hissədə iki qol vuraraq 15-ci dəfə qalib adını qazanıb.
1 iyun
UEFA Çempionlar Liqası
Final
"Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya) 0:2
Qollar: Dani Karvaxal, 74. Vinisius Junior, 83.
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London. "Uembli" stadionu