Çempionlar Liqasının bu gün "Uembli"də keçiriləcək finalında "Real Madrid"lə qarşılaşacaq Dortmund “Borussiya”nın baş məşqçisi Edin Terziç həlledici görüş haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis belə danışıb:
“Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmadığımızı bilirəm. Bizi çox çətin mübarizə gözləyir. Amma final bir matçdan ibarətdir. Ona görə də hər şey mümkündür. Biz bunu artıq sübut etmişik”.
Nihat