Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı hücumçu sosial şəbəkə hesabında belə bir paylaşım edib.
“Növbəti titul! Komandanı təbrik edirəm. Əla oynadınız və bir daha özünüz özünüzü üstələdiniz. Bu mövsüm qazanılan üç titul üçün təşəkkür edirəm. Amma növbəti mövsüm üçün işi mənə saxlayın”.
Qeyd edək ki, Neymarın komandası dünən Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında “Əl-Nəsr”i (1:1, penaltilər – 5:4) məğlub edərək 2023/24 mövsümündə üçüncü titulunu qazanıb. Komanda bundan əvvəl Səudiyyə Ərəbistanı çempionatının və Superkubokunun qalibi olub.
Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Forvard komandasının heyətində 5 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. 32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün 2023-cü ilin oktyabrından oynamır.