A Seriyasının qalibi "İnter "in yarımmüdafiəçisi Devi Klassen klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, mayın 31-də 31 yaşlı Klassenin müqaviləsinin bir mövsümlük uzadılması variantı başa çatıb və bu, o deməkdir ki, niderlandlı azad agentə çevriləcək.
Yarımmüdafiəçiyə artıq bir neçə klubdan təklif gəlib. Klassen İtaliya çempionatında mübarizəni davam etdirməyin əleyhinə deyil.
Bu mövsüm Deve Klassen "İnter"in heyətində 22 oyun keçirib, 1 qol vurub.
Mirağa