Londonun "Arsenal" klubu müdafiəçisi Aleksandr Zinçenkonu satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə
"Football London" məlumat yayıb.
Xəbərə görə, “topçular” oyunçuların müqavilələrinin bitməsinə 2 il qalmış onu yeniləmək praktikasına baxmayaraq, 27 yaşlı Zinçenko ilə yeni anlaşma ilə bağlı hələ danışıqlara başlamayıb. "Arsenal" ukraynalının transferini nəzərdən keçirməyə hazırdır, amma nə az, nə çox - 20 milyon funt-sterlinqə.
Bu mövsüm Alexander Zinçenko "Arsenal"ın heyətində 35 oyun keçirib. O, bu görüşdə bir qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa