“Sevilya”da yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, La Liqa klubu rəsmi saytı vasitəsilə Qarsiya Pimentanın keçidini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan əvvəl - 2022-2024-cü illərdə “Las Palmas”ı çalışdırıb.
O, məşqçilik karyerasına “Barselona”nın gənclər komandasında başlayıb.
Pimenta “Sevilya”nın baş məşqçisi postunda Sançes Floresi əvəzləyib.
“Sevilya” son mövsümü La Liqada 14-cü yerdə başa vurub.