"Fiorentina"nın baş məşqçisi Vinçentso İtalyano tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında paylaşım edib:
“Mən fərqli və daha yaxşı insanları tərk edirəm. Bənövşəyi izdihamı həmişə ürəyimdə daşıyacağam. Yaxşı üç il keçirdik. Ayrılıq qərarımı açıqladıqdan sonra hamımız paltardəyişmə otağında ağlayırdıq. Mən hər şeyimi komandaya verdim, irəli getmək düzgün olacaq”.
"Fiorentina" 2023/24 mövsümündə A Seriyasında 8-ci yeri tutub. Bundan başqa, komanda Konfrans Liqasının finalına yüksəlib və burada "Olimpiakos"a uduzub (0:1-əlavə vaxtda). İtalyano 2021-ci ilin iyunundan komandaya rəhbərlik edirdi.
Mirağa