"Lester"nin sabiq baş məşqçisi Entso Mareska "Çelsi" ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, Mareskanın təyinatı ilə bağlı rəsmi elan bu gün (3 iyun) olacaq.
Anlaşmanın detallarına gəlincə, tərəflər sonradan bir mövsüm uzatma şərti ilə, 5 illik müqavilə bağlayıblar.
Mareska özü ilə altı köməkçi - Villi Kabalyero, Denni Uoker, Mişel De Bernardina, Markos Alvares, Xavyer Molina Kabalyero və Roberto Vityellonu gətirəcək. Onlar artıq "Çelsi"də olan daha 3 mütəxəssislə Ben Roberts, Hilario və Bernardo Kuevayla birgə çalışacaqlar.
"Çelsi" "Lester"lə baş məşqçinin keçidinə qarşılıq olaraq 10 milyon funt-sterlinq (11,7 milyon avro) dəyərində razılığa gəlib.
Mirağa