Ule-Qunnar Sulşer karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Mənbənin məlumatına görə, "Beşiktaş" Sulşeri baş məşqçi postunda görmək istəyir. Qışdan bu yana İstanbul nəhənginin diqqət mərkəzində olan norveçli mütəxəssisin "qara qartallar"dan 1,5 illik müqavilə təklifi aldığı bildirilir.
Qeyd edək ki, Sulşer sonuncu dəfə İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi vəzifəsini icra edib. O, iki il çalışdığı "qırmızı şeytanlar"dan 2021-ci ildə ayrılıb. İngiltərə nəhəngində ən böyük uğuru 2020/2021 Avropa Liqası mövsümü olub. MY onun rəhbərliyi altında yalnız finalda "Vilyarreal"a uduzub.
Nahid Ustaclı