"Əl-Hilal"ın hücumçusu Neymar "Real Madrid"in vingeri Vinisius Junioru "Qızıl top" mükafatına əsas namizəd sayıb-saymadığı barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Globo Esporte" onun sözlərini belə çatdırıb: "Əlbəttə, "Qızıl top" onundur. Vinisiusa azarkeşlik edirəm. Ona həm Çempionlar Liqasının finalından öncə, həm də sonra yazmışam. O, mütləq "Qızıl top"u qazanacaq.
Vinisius inanılmaz görünür. O, bizim bayrağımızı bütün dünyada şöhrətləndirir. Buna görə çox xoşbəxtik və ona azarkeşlik edirik".
Qeyd edək ki, 2023/2024 mövsümündə 39 matça çıxan Vinisius 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Sambaçı" geridə qalan "futbol ili"ndə "Kral klubu" ilə La Liqanın və Çempionlar Liqasının qalibi adını qazanıb. Cinah hücumçusu son ÇL-in ən yaxşı futbolçusu seçilib.
Nihat