Başa çatan mövsümdə uğursuz çıxış edən "Mançester Yunayted" köklü dəyişikliyə əl atıb.
Fanat.Az xəbər verir ki, 7 futbolçu və bir məşqçi komandadan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilələri başa çatan Antoni Marsyal və Rafael Varan klubu tərk ediblər. Brandon Uilyams, Çarli Maknil, Markus Lourens və Kay Plamli də azad agentə çevriliblər.
Bundan başqa, Alvaro Fernandes "Old Trafford"u tərk edib. "Benfika" ispaniyalının icarə müddəti başa çatdıqdan sonra onun müqaviləsindəki satınalma maddəsini aktivləşdirib.
“Mançester Yunayted”in məşqçisi Tom Haddlston da müqaviləsi başa çatdıqdan sonra işsiz qalıb.
Klub eyni zamanda Conni Evans, Tom Hiton, Şol Şoretir və Omari Forsona yeni müqavilə ilə bağlı danışıqlara başladığını açıqlayıb.
Mirağa