Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatı ərəfəsində Ukrayna yığmasına qarşı keçirdikləri yoldaşlıq görüşündən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport" təcrübəli qolkiperin qolsuz bərabərliklə bitən matç haqda dediklərini belə çatdırıb:
"Şadam ki, milliyə qayıtmışam. Uzun müddətdən sonra yenidən yığma formasıyla meydana çıxmaq gözəl hissdir. Təəssüf ki, qol olmadı. Ümid edirəm ki, Avropa çempionatının oyunlarında bu mənada hər şey fərqli olacaq.
Meydanda sabit təsir bağışladıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi, sakitliyi qoruya bildik. Müdafiə planında özümüzü ən yaxşı tərəfdən göstərdik".
Xatırladaq ki, Almaniya seçməsi Ukrayna ilə iyunun 3-də qarşılaşıb. Görüş Nürnberqdəki "Maks Morlok Ştadion"da keçirilib.
Nihat