Fransa millisi yoldaşlıq görüşündə Lüksemburqu 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe bu görüşdə 2 məhsuldar ötürmə edib və bir qola imza atıb.
"Opta"-nın məlumatına görə, Mbappe yığmada ötürmələrin sayına görə Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub. "Real Madrid"in hücumçusunun hazırda 27, Zidan və Anrinin isə hərəyə 26 məhsuldar ötürməsi var.
Bu göstəricidə birinci yerdə 30 məhsuldar ötürmə ilə Antuan Qrizmann qərarlaşıb.
Mirağa