"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Belçika ilə qarşılaşan sözügedən seçmə komanda 0:2 hesabı ilə uduzub.
Görüşün iştirakçısı olan Veşoviç start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Yankoviç isə sona qədər ehtiyatda qalıb.