PSJ-nin keçmiş futbolçusu Tyaqo Silva Braziliyanın liderlərindən biri haqqında danışıb.
Fanat.Az xəbər verir ki, "CNN Braziliya"-ya danışan təcrübəli müdafiəçi Neymarı Messi ilə müqayisə edib:
“Neymarın oyununa baxsanız, onun etdiyi hər şey göz qabağındadır. Bütün bunları təkrarlamaq çox çətindir. Neymar əqli cəhətdən çox güclüdür. Messi bütün karyerası boyunca Neymar kimi təzyiq altında olsaydı, futbolu çoxdan bitirərdi. Ona olan təzyiq çox böyükdür, bəzən dözülməz olur. Biz dost və həmkar kimi onun nə qədər təzyiq altında olduğunu görürük. Onun istədiyi tək şey xoşbəxt olmaqdır, futbol oynamaq istəyir”.
39 yaşlı müdafiəçi ötən mövsüm "Çelsi"nin heyətində 31 oyun keçirib.
Mirağa