"Latsio"nun və "Milan"ın keçmiş müdafiəçisi Alessandro Nesta "Montsa"nın baş məşqçisi olacaq.
Fanat.Az xəbər verir, bu barədə məlumatı Fabritsio Romano yayıb.
Xəbərə görə, 48 yaşlı Nesta ilə A Seriyası təmsilçisi arasında artıq şifahi razılıq əldə olunub.
Alessandro Nesta hazırda B Seriyasında çıxış edən "Reсina"nı çalışdırır. "Montsa" isə A Seriyasında 2023/2024 mövsümünü 12-ci yerdə başa vurub.
Mirağa