"Feyenoord" baş məşqçi postunu tərk edərək "Liverpul"da işləməyə başlayan Arne Slota əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Voetbal International" yayıb.
Mənbənin məlumatına görə, niderlandlının varisi 2022-ci ildən "Sparta Praqa"ya rəhbərlik edən danimarkalı Brayan Prisk olacaq.
47 yaşlı Prisk "Sparta" ilə işlədiyi iki il ərzində iki dəfə Çexiya çempionluğunu qazanıb, 2023/24 mövsümündə isə ölkə kuboku da əldə edərək "qızıl dubl" reallaşdırıb.
Mirağa