Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hummels karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Mənbənin məlumatına görə, almaniyalı stopper "Beşiktaş"ın diqqət mərkəzindədir. İstanbul klubu təcrübəli futbolçuya 2+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Hummelsin "Borussiya" ilə müqaviləsinin müddəti gələn ayın 1-də başa çatacaq.
Cari mövsüm Almaniya nəhənginin forması ilə 40 oyuna çıxan Mats 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı