"Bolonya"nın hücumçusu Coşua Zirkze karyerasını İtaliyanın başqa klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Mənbənin məlumatına görə, "Milan" 23 yaşlı forvardla artıq razılaşıb və tezliklə bu keçidi rəsmən elan edəcək. "Rossonerilər" Zirkze ilə illik 4 milyon avro maaş və əlavə bonuslar qarşılığında, 5 illik müqavilə imzalayıb.
Coşua Zirkze bu mövsüm "Bolonya"nın heyətində 37 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa