"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin komandanın zədədən qayıdan yarımmüdafiəçisi Qavidən necə istifadə etməyi planlaşdırdığı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə Flikin sözügedən oyunçunu önəmli fiqurlardan biri saydığını və onu yaradıcı dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağı hədəflədiyini vurğulayıb.
Xatırladaq ki, geridə qalan mövsümün sonunda baş məşqçi postundan göndərilən Xavi daha çox sözügedən oyunçunun hücum potensialından istifadə edirdi.
19 yaşlı Qavi ötən ilin noyabrında dizindən ağır zədə alaraq sıradan çıxıb. Onun qarşıdakı "futbol ili"nin hazırlıqlarına nə vaxt qoşula biləcəyi indilik qeyri-müəyyəndir.
Nihat