"Bayer Leverkuzen"in və Niderland millisinin müdafiəçisi Jeremi Frimponq karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, onun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikin bu keçidin reallaşmasını olduqca vacib saydığını vurğulayıb. "Blauqrana"nın artıq "Bayer"ə rəsmi təklif də göndərdiyi, lakin ilkin məbləğin Almaniya klubunu razı salmadığı bildirilib. Frimponqun özünün gələcək karyerası ilə bağlı Avropa çempionatı başa çatandan sonra qərar vermək istədiyi də diqqətə çatdırılıb.
Xatırladaq ki, son mövsümdə "Bayer"in sıralarında 47 oyun keçirən Jeremi 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "əczaçılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Frimponqun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat