"Bayern Münhen"in, "Latsio"nun və Almaniya yığmasının sabiq futbolçusu Miroslav Klozenin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, o, 2-ci Bundesliqadakı mübarizəni turnir cədvəlinin 12-ci pilləsində tamamlayan "Nürnberq"ə baş məşqçi təyin edilib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Xatırladaq ki, 2014-cü ildə dünya çempionu olan Kloze 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiridir. Polşa əsilli keçmiş forvard Almaniya yığması tarixinin də ən sərrast oyunçusudur - 71 qol.
Nihat