14 iyun - 14 iyul aralığında Almaniyada keçiriləcək Avropa çempionatında Niderland millisinin zədəsini sağalda bilməyən yarımmüdafiəçisi Frenki de Yonqu hansı futbolçunun əvəzləyəcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, bu, Dortmund "Borussiya"sının oyunçusu Yan Matsendir.
Qeyd edək ki, Niderland millisi AÇ-2024-də ilk oyununu iyunun 16-da Polşaya qarşı keçirəcək.
Nihat