Polşa millisinin hücumçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.
Fanat.Az xəbər verir ki, bunu yığmanın həkimi Yatsek Yaroşevski deyib.
Yaroşevksi iyunun 10-da Türkiyə ilə yoldaşlıq görüşündə (2:1) xəsarət alan forvardın iyunun 16-da Niderlanda qarşı mübarizə apara bilməyəcəyini vurğulayıb. O, Levandovskinin bud əzələsində problem yarandığını və təcrübəli oyunçunun növbəti iki qrup matçında meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.
Qeyd edək ki, Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.