"Barselona" klubu müqavilə ilə "Atletiko Madrid"ə məxsus hücumçu Joau Feliksi öz sıralarında saxlamağa çalışır.
Fanat.Az xəbər verir ki, kataloniyalılar 24 yaşlı futbolçunu yenidən icarəyə götürmək niyyətindədir.
"Mundo Deportivo"nun məlumatına görə, "Atletiko" forvardının birdəfəlik transferində israrlıdır və buna görə 50 milyon avro tələb edir.
Portuqaliyalı ötən mövsümü icarə əsasında Kataloniya klubunda keçirib. Feliks "Barselona"nın heyətində 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Forvardın paytaxt klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Mirağa