İtaliya millisinin qapıçısı Canluici Donnarumma iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Hər şeydən öncə burada olduğum və İtaliyanı təmsil etdiyim üçün şadam. Şübhəsiz, böyük futbol hadisəsinə - unikal turnirə hazırıq. İtaliya millisinin sıralarında əvvəlki Avropa çempionatının qalibi adını qazanmaq şərəfinə nail olmuşam. Almaniyaya titulumuzu qorumağa gəlmişik. Finala çıxmaq üçün mümkün olan hər şeyi edəcəyik".
Xatırladaq ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında keçiriləcək.
Nihat