İspaniya millisinin hücumçusu Alvaro Morata bu ay Almaniyada start götürəcək Avropa çempionatı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Moratanın sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Biz Almaniyaya qələbə üçün gəlmişik. Son dəfə yarımfinalda məğlub olmuşuq. Avropa çempionatının qalibi adını qazanmaq çətin missiyadır, ancaq bizim fantastik oğlanlardan qurulmuş əla komandamız var. Bilirik ki, bir sıra çətinliklərlə qarşılaşacağıq, ancaq buna hazırıq".
Xatırladaq ki, qitə birinciliyi 14 iyun - 14 iyul aralığında baş tutacaq. İspaniya yığması Xorvatiya, İtaliya və albaniya milliləri ilə birlikdə B qrupunda mübarizə aparacaq.
Nihat