"Bayern Münhen"in müdafiəçisi Aleksandar Pavloviç Avropa çempionatına hazırlaşan Almaniya millisinin düşərgəsinə qayıtmayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Almaniya Futbol İttifaqının mətbuat xidməti yayıb.
Mənbə baş məşqçi Yulian Nagelsmanın onun əvəzinə Dortmund "Borussiya"sının futbolçusu Emre Cana dəvət göndərəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, Pavloviç infeksion xəstəliyə yoluxduğu üçün yığmanın düşərgəsini tərk etmişdi.
Nihat