Xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin növbəti mövsümdə "Real Madrid"də hansı şərtlərlə qalacağı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə “Ok Diario” məlumat yayıb.
Xəbərə görə, 38 yaşlı yarımmüdafiəçi müqaviləsinin müddətini daha bir il müddətinə uzatmaq üçün maaşını iki dəfə azaldıb.
Beləliklə, Modriç növbəti mövsümdə təxminən beş milyon avro qazanacaq.
Luka 2012-ci ildən "Kral klubu"nun rənglərini qoruyur. Ötən mövsüm yarımmüdafiəçi 46 matçda iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib. Xorvatiyalının bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
Mirağa