İtaliyalı mütəxəssis Paolo Dzanettinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Verona"ya baş məşqçi təyin edilib.
Məlumatı "sarı-göylər"in rəsmi saytı yayıb. Dzanettinin 1+1 illik müqaviləyə imza atdığı açıqlanıb.
Dzannettinin əvvəlki iş yeri 2023-cü ildə tərk etdiyi "Empoli" olub.
"Verona" son mövsümdə İtaliya A Seriyasında 13-cü yeri tutub.
Nihat