"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatında mübarizə aparacaq Gürcüstan millisinin heyətindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Məni komandanın talismanı adlandırmaları böyük məsuliyyətdir. Heyətimizdə yaxşı futbolçular çoxdur və biz komanda şəklində yaxşı təsir bağışlamalıyıq. Fərdi olan hər şey ikinci plana keçirilməlidir.
Təcrübəli və gənc oyunçulardan qurulmuş yaxşı komandamız var. Biz istənilən rəqiblə mübarizə aparmağa qadir kollektivə çevrilmişik. Quram Kaşiya ( mərkəz müdafiəçisi - red.) hamımız üçün yaxşı örnəkdir. Gənclər onun hər gün səylə çalışmasından nümunə götürürlər. Quram bizi hər zaman irəli aparır. O, həm meydanda, həm də meydandan kənarda əsl kapitanın etməli olduqlarını edir. Buna görə Kaşiyaya "çox sağ ol" deməliyik".
Qeyd edək ki, qitə birinciliyində F qrupunda yer alan Gürcüstan seçməsi Türkiyə, Çexiya və Portuqaliya milliləri ilə mübarizə aparacaq. AÇ-2022 14 iyun - 14 iyul aralığında baş tutacaq. Turnirə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək.
Nihat