"Bayer Leverkuzen" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi "Jirona"nın üzvü Aleyş Qarsiya ilə anlaşıb.
İspaniyalı yarımmüdafiəçi yeni komandası ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Qarsiya ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 40 matçda 3 qol vurub.